Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı

10 İyul 2026 09:25

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2010-cu il təvəllüdlü Ə.S. bud nahiyyəsindən bıçaq yarası alıb.

Onun həmyaşıdı A.A. hadisəni törətməkdə şübhəli bilinir. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)