Tramp Qalibafı ələ saldı: "Bel ilə nə isə iş görür"

9 İyul 2026 22:19

ABŞ Prezidenti Donald Tramp çıxışlarından birində İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın fəaliyyətini məsxərəyə qoyub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Amerika lideri İran rəhbərliyinin mövqeyinə istehza ilə yanaşıb.

"Deyirlər orada bir Məhəmməd - filankəs (Məhəmməd Bağır Qalibaf) var, bel ilə nə isə işlər görür. Bellər sizə kömək etməyəcək.

Dünyanın ən böyük maşın-mexanizmləri belə çətin ki, sizi oraya (uranın basdırıldığı yerə) çatdıra bilsin", - deyə Tramp bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)