Filipe Kandido "Sumqayıt" klubunun yeni baş məşqçisi təyin olunub.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sumqayıt təmsilçisi portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya" İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib.
46 yaşlı mütəxəssisin son klubu 2025-ci ildə çalışdırdığı Onun son klubu "Paços de Ferreira" (Portuqaliya) olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)