Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

9 İyul 2026 21:08

Aparıcı Mətanət Əliverdiyeva verilişinə çağırılmadığı üçün gileylənən müğənnilərə səslənib.

Milli.Az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" proqramında danışıb. O, həmin ifaçılara sənətlərinə pul xərcləməyi və repertuarlarını yeniləməyi məsləhət görüb:

"Çox müğənni bizə müraciət edir ki, 'Bizi çağırmadınız", "Nə bilim, nə oldu". Hamınız gəlin, repertuarınızda dəyişiklik edin, rica edirəm. Qəşəng bəstəkar mahnılarımız var. Onları aranjiman etdirin. Yəni, bir balaca əlinizi cibinizə atıb xərc çəksəniz, inandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)