Bakı Dairəvi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

9 İyul 2026 20:56

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Milli.Az xəbər verir ki, Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:

10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)