Çində Fucien əyalətinin Cinjiang şəhərində ayaqqabı fabrikində ayaqqabı istehsalı müəssisəsində yanğın baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı 28 nəfər həlak olub.
Məlumata görə, yanğın fabrikin istehsal sahəsində başlayıb. Dəhşətli yanğın zamanı yaxınlıqdakı binalarda da sakinlər köməksiz vəziyyətdə qalıblar.
20-yə yaxın şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasetmə briqadaları cəlb olunub.
Yanğının başvermə səbəbi araşdırılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)