"Real" Fransa millisinin yarımmüdafiəçisi Orelen Tçuameni ilə yeni müqaviləni razılaşdırıb.
Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Fransalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ildə başa çatır.
İddia edilir ki, yeni müqaviləyə əsasən, Tçuameni ildə 13 milyon avro qazanacaq. Bu, 26 yaşlı futbolçunu Madrid klubunun ən çox maaş alan oyunçularından birinə çevirəcək.
Tçuameni 2022-ci ildən bəri "Real"da oynayır. Bu müddət ərzində o, İspaniya liqasını, İspaniya Kubokunu, İspaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klublararası Dünya Kubokunu və Qitələrarası Kuboku qazanıb.
Yarımmüdafiəçi Fransa millisində 49 oyun keçirib və üç qol vurub. O, 2026-cı il Dünya çempionatında üç oyunda iştirak edib. Fransa iyulun 10-da Bostonda Mərakeşlə dörddəbir finalda qarşılaşacaq. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)