Azərbaycanlı alim yıxılaraq öldü

9 İyul 2026 16:22

Azərbaycanın görkəmli alimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əmralı Şirəliyev evində yıxılaraq aldığı xəsarətdən vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl baş verib. Ə.Şirəliyev Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, ağır xəsarət alıb. Alim xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Onun vəfatı ilə bağlı xəbəri Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi yayıb.

Qeyd edək ki, 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev 50 ilə yaxın Azərbaycan Dillər Universitetində (ADU) çalışıb. O, 2017-2023-cü illərdə ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)