Məşhur alman klubu azərbaycanlı futbolçu transfer etdi - (Foto)

9 İyul 2026 16:13

Almaniyanın tanınmış klublarından "Herta Berlin" gənc azərbaycanlı futbolçu Raul Süleymanovla ilk peşəkar müqavilə bağlayıb.

Milli.Az xəbər verir ki, sevindirici xəbəri futbolçunun özü sosial şəbəkə hesabında paylaşaraq təsdiqləyib.

"Etimada görə təşəkkür edirəm. "Herta" ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm", - deyə Raul Süleymanov paylaşımında bildirib.

Qeyd edək ki, Raul Süleymanov daha əvvəl Azərbaycanın U-21 millisindən dəvət alıb.

12 yaşından etibarən "Herta Berlin"in aşağı yaş qruplarında çıxış edən hücumameyilli yarımmüdafiəçi bundan sonra klubun əsas komandasında yer qazanmaq uğrunda mübarizə aparacaq. Yeni müqavilə onun peşəkar futbol karyerasında mühüm mərhələ kimi qiymətləndirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)