DÇ-2026: İngiltərə – Norveç matçının vaxtı dəyişdirilə bilər

9 İyul 2026 14:16

DÇ-2026-nın 1/4 final mərhələsində keçiriləcək İngiltərə - Norveç qarşılaşmasının əlverişsiz hava şəraiti səbəbindən təxirə salınması ehtimalı yaranıb.

Milli.Az xəbər verir ki, görüşün iyulun 12-də Mayamidə yerləşən "Hard Rok" stadionunda keçirilməsi planlaşdırılır. Qarşılaşmanın Bakı vaxtı ilə saat 01:00-da başlaması nəzərdə tutulub.

Sinoptiklərin proqnozuna əsasən, həmin gün Mayamidə havanın temperaturu 34 dərəcəyə qədər yüksələcək, eyni zamanda şimşək çaxacağı gözlənilir. Yüksək rütubət səbəbindən isə hiss olunan temperaturun təxminən 43 dərəcəyə çatacağı bildirilir.

Məhz bu səbəbdən təşkilatçılar matçın nəzərdə tutulan vaxtda keçirilməsi ilə bağlı vəziyyəti yaxından izləyirlər. Hava şəraitinin təhlükəli olması halında oyunun başqa vaxta keçirilməsi istisna edilmir.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)