Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.
SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və "KIA" markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.
İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)