İslandiyan baş nazirinin Ankarada baxışları müzakirə yaratdı - (Foto-Video)

9 İyul 2026 10:56

NATO Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilən rəsmi qəbul zamanı İslandiyanın baş naziri Kristrun Frostadottirin davranışı diqqət mərkəzinə düşüb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Cumhurbaşkanlığı Külliyesində təşkil olunan qəbuldan əvvəl Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan tədbirə qatılan dövlət və hökumət başçılarını, eləcə də onların həyat yoldaşlarını qarşılayıblar.

Kameralara əks olunan görüntülərdə Kristrun Frostadottirin iqamətgaha daxil olarkən saray memarlığını və mehter komandasının çıxışını maraqla izlədiyi anlar sosial şəbəkələrdə geniş müzakirə olunub.

NATO Zirvəsində iştirakını başa vuran Kristrun Frostadottir daha sonra Ankara Qalasını ziyarət edib. Baş nazir əvvəlcə qala yaxınlığındakı restoranlardan birində nahar edib, daha sonra tarixi ərazini gəzərək şəhər mənzərəsini seyr edib.

Səfər zamanı Kristrun Frostadottir yerli sakinlər və dükan sahibləri ilə söhbət edib, ənənəvi qaşıq musiqisi ilə qarşılanıb. Ziyarətin sonunda isə Ankara panoramasını izləyən Baş nazir xatirə fotoları çəkdirib və yerli sənətkarlarla görüşərək proqramını yekunlaşdırıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)