Tarkandan səhnədə qayınanası ilə qayınatasına diqqət çəkən sözlər - (Video)

9 İyul 2026 09:48

Məşhur türkiyəli müğənni Tarkan Almaniyada keçirilən konsertində səhnədə yaşanan səmimi anlarla diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, ifa zamanı tamaşaçılar arasında əyləşən qayınanası və qayınatasına müraciət edən sənətçi zarafatla "Canım qaynanam, canım qaynanam" deyərək zalı güldürüb. Onun bu yumorlu çıxışı alqışlarla qarşılanıb.

Tarkan daha sonra ailə üzvlərinə jest edərək, onların xüsusi sevdiyi mahnını səsləndirəcəyini bildirib. Müğənninin bu addımı konsert iştirakçılarının rəğbətini qazanıb.

Konsertin yaddaqalan məqamlarından biri də Tarkanın səhnədə alman dilində sərbəst danışması olub. Onun almanca çıxışı tamaşaçıların marağına səbəb olub, görüntülər isə qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq müzakirələr yaradıb.

Qeyd edək ki, Tarkan uzun illərdir Almaniya ilə sıx bağlıdır və hazırda ailəsi ilə birlikdə bu ölkədə yaşayır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)