Estoniya Rusiyaya nota verdi

9 İyul 2026 00:21

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb və etiraz notası verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Estoniya və Baltikyanı ölkələrin nüfuzdan salınmasına yönəlmiş genişmiqyaslı Rusiya dezinformasiya kampaniyasını" qətiyyətlə pisləyir.

Xarici işlər naziri Marqus Tsaxna qeyd edib ki, Tallin Rusiya ərazisinə hücumlar üçün hava məkanından istifadəyə icazə verməyib.

"Estoniya beynəlxalq hüququ dəstəkləyən və beynəlxalq müqavilələr üzrə öhdəliklərini ardıcıl olaraq yerinə yetirən demokratik, qanunun aliliyi ilə idarə olunan bir dövlətdir", - o əlavə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)