Türkiyənin məşhur müğənnisi Hadise bu dəfə makiyajsız görüntüləri ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçinin təbii halını əks etdirən video sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb və izləyicilər arasında müxtəlif rəylərə səbəb olub.
Paylaşıma münasibət bildirənlərin bir qismi Hadisenin 40 yaşında da baxımlı və cazibədar göründüyünü qeyd edərək onun təbii görünüşünü yüksək qiymətləndirib. Digər istifadəçilər isə müğənninin görünüşü ilə bağlı fərqli fikirlər səsləndirərək yaşlanma ilə bağlı şərhlər yazıblar.
Beləliklə, Hadisenin makiyajsız görüntüləri sosial mediada geniş müzakirələrə yol açıb və minlərlə bəyənmə ilə yanaşı, çoxsaylı rəy toplayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)