Ərdoğan: "Cənubi Qafqaz məsələsi hər an gündəmə gələ bilər"

8 İyul 2026 21:50

Türkiyə prezidenrti NATO Sammitindən sonra keçirdiyi mətbuat konfransında APA-nın Ankaraya ezam olunmuş müxbirinin sualını cavablandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Trampla görüşdə Cənubi Qafqaz məsələsi müzakirə olunmasa da, zərurət yaranacağı təqdirdə bu mövzu istənilən vaxt gündəmə gətirilə bilər.

"Cənubi Qafqaz məsələsi gündəmimizə gəlmədi. Ancaq bildiyiniz kimi, bu məsələ istənilən an gündəmə gələ bilər. İstənilən vaxt telefon danışığı da apara bilərik", - Ərdoğan bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)