Elvin sabahkı matçda oynayacaq

8 İyul 2026 20:04

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri"yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:

"Elvin bizim oyunçumuzdur. Meydana çıxmaq ehtimalı var. Sonradan girəcək, ya əvvəldən oynayacaq, onu deyə bilməyəcəm".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)