Sel Qax–Balakən dəmiryol infrastrukturuna ciddi zərər vurub (Video)

8 İyul 2026 19:38

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

Milli.Az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən iyulun 20-dək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Təhlükəsizlik tədbirlərinə uyğun olaraq iyulun 8-20-də Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)