Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan açıqlama

8 İyul 2026 19:35

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Xaçmaz rayonunda korrupsiya əməliyyatı keçirilməyib.

Milli.Az xəbər verir ki, YAP-ın Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

"Saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam".

O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:

"Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)