Dünyaca məşhur argentinalı ulduz Lionel Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubu Kabo-Verde yığmasının qapıçısı Vozinyanı heyətinə qatmağa hazırlaşır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, MLS təmsilçisi 40 yaşlı təcrübəli qolkiperin transferini qısa zamanda reallaşdırmaq niyyətindədir.
Hazırda qapıçı Portuqaliyanın "Çaves" klubundan ayrıldığı üçün transfer danışıqlarını azad agent statusunda davam etdirir.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı gedişatında Vozinyanın populyarlığı kəskin artıb və onun sosial şəbəkə hesablarındakı izləyici sayı 27 milyonu geridə qoyub.
Xatırladaq ki, Kabo-Verde milli komandası DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində məhz Argentina yığması ilə qarşılaşaraq məğlubiyyətlə üzləşmişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)