Bakıda 20 yaşlı oğlan qəfil öldü

8 İyul 2026 14:02

Bakıda gənc oğlan yaşadığı evdə qəfil vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə ötən gecə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.

Saat 21 radələrində qəsəbə sakini 2006-cı il təvəllüdlü Nuran Qədirli səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Onun şəkərli diabetdən əziyyət çəkdiyi bildirilib.

Araşdırma aparılır./"Qafqazinfo" 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)