Tele-aparıcı Vüsalə Əlizadə etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, xəsis insanları sevmədiyini bildirib:
"Xəsis insanlar gözümün düşmənidir. Nəsib Zeynalova filmdə dediyi kimi, Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm. Qadın, kişi olması mənim üçün fərq etmir, o insanlar düşmənimdir. Qadın olaraq bunu özümə sığışdırmamışam. Mənim pulum "sel" deyil, ancaq harada oturmuşuqsa, xanımlarla olanda hesabı birinci mən ödəmişəm. Özümə sığışdırmamışam ki, kimsə mənim əvəzimə hesab ödəsin".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)