Fransa Prezidenti Emmanuel Makronun NATO sammiti çərçivəsində Ankarada keçirilən rəsmi tədbirdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı davranışı sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, NATO liderləri və onların həyat yoldaşlarının şərəfinə təşkil olunan rəsmi ziyafətə qatılan Emmanuel Makronu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan qarşılayıblar.
Qarşılanma mərasimi zamanı Emmanuel Makronun Əminə Ərdoğanın əlini öpməyə cəhd etdiyi, lakin Türkiyənin birinci xanımının buna imkan vermədiyi diqqətdən yayınmayıb.
Həmin anlar tədbiri işıqlandıran kameralar tərəfindən qeydə alınıb və görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)