"Qılman" autizmli uşağı parodiya etdi, qınandı: "Utanmalısan!" - (Video)

8 İyul 2026 11:58

"Qılman" obrazı ilə tanınan aktyor İlkin Misgərlinin "Bizim eltilər" serialındakı səhnəsi tənqid olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb.

Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Misgərlinin görüntülərini paylaşaraq "Bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır" sözlərini yazıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)