Gəncədə 22 yaşlı qızın meyiti tapıldı

8 İyul 2026 09:10

Gəncədə gənc qızın meyiti aşkarlanıb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin DOST-6 yaşayış massivində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü S. Sadıqovanın meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Gənc qızın ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)