Anar Ağakişiyev bu dəfə Ebru Gündeşi gözəlləşdirdi - (Fotolar)

8 İyul 2026 12:45

Dünyaca məşhur stilist Anar Ağakişiyev növbəti dəfə məşhur sima ilə əməkdaşlığı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bu dəfə tanınmış stilistin makiyaj etdiyi şəxs Türkiyənin məşhur müğənnisi Ebru Gündeş olub. Uzun illərdir yerli və xarici məşhurlarla çalışan Anar Ağakişiyevin imzasını daşıyan yeni görünüş sənətçinin də rəğbətini qazanıb.

Ebru Gündeş yeni imicini şəxsi sosial media hesablarında izləyiciləri ilə bölüşərək fotolarını yayımlayıb. Paylaşımlar qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Qeyd edək ki, Anar Ağakişiyev indiyədək dünyanın müxtəlif ölkələrindən tanınmış simalarla əməkdaşlıq edərək hazırladığı makiyaj və obrazlarla geniş tanınıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)