Əməkdar artist Elton Hüseynəliyev Qəbələdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşüb.
Milli.Az xəbər verir ki, səmimi şəraitdə baş tutan görüş zamanı sənətçi xüsusi musiqi nömrəsi ilə çıxış edib. Elton Hüseynəliyev sözləri Baba Vəziroğluna, musiqisi isə Kəmaləddin Heydərova məxsus olan "Səndən nigaranam" mahnısını canlı ifa edib.
İfa zamanı maraqlı anlar yaşanarkən, görüşdən görüntülər də diqqət çəkib.
Qeyd edək ki, "Səndən nigaranam" mahnısının sözlərinin müəllifi Baba Vəziroğlu, bəstəsinin müəllifi isə Kəmaləddin Heydərovdur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)