Tbilisi Beynəlxalq Hava Limanı güclü leysan yağışları səbəbindən qismən işıqsız qalıb.
Milli.Az xəbər verir ki, paytaxtda müşahidə olunan intensiv yağıntılar elektrik təchizatında problemlərə səbəb olub.
Qeyd edək ki, ötən gün də Tbilisidə güclü yağış yağıb. Nəticədə şəhərin bir sıra küçələri və avtomobillər su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)