Argentina - Misir matçının ən yaxşısı seçildi

7 İyul 2026 23:08

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misir üzərində 3:2 hesablı qələbə qazandıqları oyunun ən yaxşı futbolçusu seçilib.

Milli.Az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb. 39 yaşlı hücumçu ilk hissədə penaltini qaçırsa da, fasilədən sonra həm qol vurub, həm də məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb.

Qeyd edək ki, Argentina bu qələbə sayəsində 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)