Gəncədə yataqxanada yanğın olub - xəsarət alan var - Yenilənib

7 İyul 2026 21:53

Gəncədə yataqxanada baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadla məlumat verir ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü S. Məmmədov əl nahiyəsindən yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib və dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin normal olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yanğın söndürülüb.

-----------

Gəncədə yataqxanada yanğın hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadla məlumat verir ki, hadisə şəhərin Abbas Səhhət yaşayış massivində yerləşən 2 saylı yataqxanada baş verib.

Məlumata görə, binada qəfil yanğın başlayıb. Hadisə ilə bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)