Qaqik Tsarukyan həbs edildi

7 İyul 2026 20:17

Ermənistanda məhkəmə müxalif "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Tsarukyana qarşı dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Qaqik Tsarukyanın evində axtarış aparılmışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)