“Sabah” - TNS-i məğlub edib (Video)

7 İyul 2026 21:56

UEFA Çempionlar Liqası: Sabah TNS komandasını məğlub edib - YENİLƏNİB-5
"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Milli.Az-ın məıumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.

Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.

-------------

Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Sabah" - TNS (Uels) matçı start heyətlər açıqlanıb.

Milli.Az xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:

"Sabah": Pokatilov (k), Solve, Daşdəmirov, Zedadka, Puhaç, Rəhmonəliyev, Lepinitsa, İsayev, V. Simiç, Mikels, Maluda

Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina.

TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, D. Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz.

Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)