Ülvi Ağayev müdir təyin olundu - (Foto)

7 İyul 2026 17:43

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində (QSC) yeni kadr təyinatı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun idarə heyətinin sədri Rövşən Rüstəmov əmr imzalayıb. Əmrə əsasən, Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ü.Ağayev 2019-cu ildən ADY-də müxtəlif vəzifələrdə çalışır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)