"Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək"

7 İyul 2026 17:32

ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasına görə əvvəllər tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Türkiyədə rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Tramp bildirib.

"Deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik", - deyə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş zamanı bildirib.

Qeyd edək ki, ABŞ və Türkiyə liderləri arasında danışıqlar Ankarada NATO Sammiti çərçivəsində keçirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)