Bu gün Çempionlar Liqasında 2026/27 mövsümünə start veriləcək.
Milli.Az Sportinfo.az-a istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" birinci təsnifat mərhələsində TNS-lə üz-üzə gələcək.
Saat 20:00-da başlayacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Tarixində ilk dəfə Çempionlar Liqasına qatılan "Sabah" futbol klubu cavab oyununu iyulun 14-də Osvestridəki (İngiltərə) "Park Hall"da keçirəcək.
Ölkəmizin çempionu Uels mənsubunu mübarizədən kənarlaşdırarsa, məşqçi və futbolçularına böyük miqdarda mükafat ödəyəcək.
Qitənin ən mötəbər turnirində yoluna davam etmək istəyən "bayquşlar" birinci məqsədinə çatarsa, hər bir oyunçusuna 20 min dollar verəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)