Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub.
Milli.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb.
Sənədlə birinci müavin vəzifəsinə Elman İmamverdiyev təyin edilib.
Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)