Tramp Türkiyəyə "F-35" verilməsi ilə bağlı: Bu barədə mütləq qərar veriləcək

7 İyul 2026 19:27

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "F-35" qırıcılarının satılması ilə bağlı bildirib ki, bu barədə mütləq qərar veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Tramp bununla bağlı bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə bəhs edib.

O, ABŞ-nin Türkiyəyə "F-35" satmaqla bağlı düşünməyin mümkün olduğunu deyib: "Bunu düşünəcəyik, mütləq bu barədə qərar veriləcək".

D.Tramp Türkiyə ilə ABŞ arasında möhkəm dostluq münasibətinin olduğunu da vurğulayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)