İyulun 7–8-də Günəş aktivliyi artacaq

7 İyul 2026 19:13

İyulun 7-8-də Günəş aktivliyi əsasən zəif və orta səviyyədə olacaq. Bununla yanaşı, ən güclü X sinif alışmaların baş verməsi də istisna edilmir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, Günəş alışmaları A, B, C, M və X siniflərinə bölünür. X sinfi ən güclü hesab olunur və plazma atılması ilə müşayiət olunduqda Yerə çataraq geomaqnit qasırğalarına səbəb ola bilər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)