"Cari ildə 13 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 19 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər Xidmət əməkdaşları tərəfindən xilas edilib".
Bunu Milli.Az-a açıqlamasında FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.
Onun sözlərinə görə, Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb:
"Bu rəqəmlər də onu deməyə əsas verir ki, sularda təhlükəsizliyimizin təmin olunması üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli xilasedicilərin çağırışlarına və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl edilməlidir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)