"Mançester"dən "Real"ın yarımmüdafiəçisinə 100 milyon avroluq təklif

7 İyul 2026 15:07

"Mançester Yunayted" komandanı tərk edən Kazemiroya əvəzləyici axtarır.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "Qırmızı şeytanlar"ın əsas hədəfi "Real"da çıxış edən Orelyen Çuamenini transfer etməkdir. Bu barədə AS nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi Fransa milli komandasının üzvü üçün "kral klubu"na 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Orelyen Çuamenini 2022-ci ilin yayında "Monako"dan 80 milyon avroya transfer edib. 26 yaşlı dayaq yarımmüdafiəçisi 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)