Qeyri-adi görünüşü ilə sosial şəbəkələrdə gündəm olan "tüklü kruassan" böyük maraq doğurub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Taylandda fəaliyyət göstərən yerli çörəkxanalardan biri hazırladığı "tüklü kruassan" ilə məşhurlaşıb.
Şirniyyatın içliyi ağ kremdən hazırlanır, üzəri isə çox nazik sap şəklində doğranmış dəniz yosunları ilə örtülür. Məhz bu görünüş kruassana "tüklü" effekt verir və onu sosial şəbəkələrdə viral edib.
Qeyri-adi görünüşü və fərqli dadı sayəsində bu kruassan həm yerli sakinlərin, həm də turistlərin diqqətini cəlb edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)