Millimizin futbolçusu “Şaxtyor”a transfer olundu

7 İyul 2026 11:00

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Kamilla Məmmədova karyerasına Qazaxıstanda davam edəcək.

Oyunçu söpügedən ölkənin "Şaxtyor" klubuna transfer olunub. Bu barədə məlumatı Karaqanda təmsilçisinin rəsmi saytı verib.

Kamilla mövsümün sonunadək klubun şərəfini qoruyacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)