Portuqaliya millisinin baş məşqçisi Roberto Martines vəzifəsindən ayrıldığını rəsmən bəyan edib.
Milli.Az xəbər verir ki, ispaniyalı mütəxəssis qərarını futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İspaniya yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Roberto Martines bildirib ki, sözügedən qarşılaşma onun Portuqaliya millisinin baş məşqçisi kimi son oyunu olub. Beləliklə, təcrübəli çalışdırıcının yığmadakı fəaliyyəti başa çatıb.
Qeyd edək ki, Roberto Martinesin rəhbərliyi dövründə Portuqaliya millisi ümumilikdə 45 oyun keçirib. Komanda bu görüşlərin 32-də qələbə qazanıb, 6 dəfə heç-heçə edib, 7 matçda isə məğlub olub.
Portuqaliya millisinin yeni baş məşqçisinin kim olacağı isə hələlik açıqlanmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)