Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.
Milli.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Sabah" mübarizəyə doğma meydanda başlayacaq
Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.
"Sabah"ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq./"Qafqazinfo"
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)