ABŞ-də çalışan latın əsilli Amazon çatdırılma sürücüsünün paylaşdığı videolar sosial şəbəkələrdə qısa zamanda böyük maraq doğurub.
Milli.Az xəbər verir ki, yük maşınından çəkdiyi görüntülərlə diqqət mərkəzinə düşən qadın internet istifadəçilərinin gündəminə çevrilib. Onun paylaşımları milyonlarla baxış toplayarkən, izləyicilər videolara minlərlə şərh yazıblar.
Sosial şəbəkələrdə bəzi istifadəçilər zarafatla bu videolardan sonra Amazon Prime abunəliyi barədə düşünməyə başladıqlarını bildiriblər. Digərləri isə sürücünün səmimi davranışını və enerjisini yüksək qiymətləndiriblər.
Viral görüntülər internetdə geniş müzakirələrə səbəb olub. Paylaşımın altında "İlk diqqətinizi çəkən nə oldu?" sualı isə istifadəçilər arasında maraqlı müzakirələr yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)