6 aya 95 kilo arıqladı – Qadının inanılmaz dəyişimi gündəm oldu - (Video)

8 İyul 2026 06:06

Xaricdə yaşayan bir qadının cəmi 6 ay ərzində keçdiyi böyük dəyişiklik sosial şəbəkələrdə geniş maraq doğurub.

Milli.Az xəbər verir ki, o, ciddi pəhriz proqramı və müntəzəm idman sayəsində ümumilikdə 95 kiloqram çəki atmağa nail olub. Qadının əvvəlki və sonrakı görüntüləri qısa zamanda internetdə yayılaraq minlərlə istifadəçinin diqqətini cəlb edib.

Paylaşılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun əzmkarlığını yüksək qiymətləndirərək bu dəyişimi ilhamverici adlandırıb, digərləri isə qısa müddətdə bu qədər çəki itirməsinin necə mümkün olduğu ilə maraqlanıblar.

Qadının inanılmaz transformasiyası internet istifadəçiləri arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)