Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)

7 İyul 2026 00:08

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Qəza zamanı KIA, "Mercedes" və "Toyota" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Əraziyə dərhal polis əməkdaşları cəlb olunublar. Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və nəqliyyatın hərəkəti tənzimlənib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)