Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun parlayan ulduzu Maykl Olise barədə yayılan maraqlı məlumatlar futbolsevərlərin diqqətini cəlb edib.
Milli.Az xəbər verir ki, ulduz futbolçu əslində İngiltərədə doğulub və uşaqlıq illərini də həmin ölkədə keçirib. O, futbol karyerasında İngiltərə millisini seçmək imkanına malik olsa da, sonda Fransa yığmasının formasını geyinməyə üstünlük verib.
Diqqət çəkən məqamlardan biri də odur ki, futbolçu fransız dilində danışmır. Bundan başqa, o, indiyədək Fransada yaşamayıb və bu ölkənin heç bir klubunun formasını geyinməyib.
Ulduz oyunçunun ailə kökləri də maraq doğurur. Atasının nigeriyalı xristian, anasının isə əlcəzairli müsəlman olduğu bildirilir. Futbolçunun isə özünü aqnostik inanca sahib şəxs kimi gördüyü qeyd olunur.
Sosial şəbəkələrdə yayılan bu faktlar azarkeşlər arasında geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi futbolçunun fərqli həyat yolu və çoxmədəniyyətli ailə mənşəyini maraqlı nümunə kimi dəyərləndirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)