Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

6 İyul 2026 22:20

Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun səhhəti nəzərə alınaraq, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)