Məhərrəm ayının başa çatacağı tarix açıqlandı

6 İyul 2026 19:35

Azərbaycanda məhərrəm ayı iyunun 16-da başlayıb və hicri-qəməri təqviminə uyğun olaraq iyulun 14-də başa çatacaq.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, məhərrəm hicri təqviminin ilk ayı olmaqla yanaşı, müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.

İyulun 14-də məhərrəm ayının başa çatması ilə hicri təqvimin ikinci ayı olan səfər ayı başlayacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)